Resident Evil 6 Yukle

Zombi Oyunlari

Resident Evil 6 Full Yüklə

Digər bir adıyla Biohazard 6, Resident Evil seriyasının altıncı oyunudur. Oyunu hazırlayan firma Capcom bu seriyada aksiyon modunu daha da qabardıb. Oyunda kameramız personajımız ilə birlikdə hərəkət edir. Və bunu çox yaxından edir ki, qarşımıza bir məxluq çıxanda artıq bir görüş sahəsinə malik olmayaq, birbaşa hərəkətə keçib vuruşaq. Əvvəlki RE oyunlarını oynayanlar bilər. Müəyyən bir otağa və ya bölgəyə keçməzdən əvvəl biraz gözləyir "Getsəmmi? Getməsəmmi"? deyə fikirləşirdin. Ancaq yeni seriyada bu vəziyyət keçərli deyil. Qorxularınızla dərhal üzləşəcəksiniz.

Oyunu 2 rejimdə oynamaq mümkündür. İstəsəniz offline rejimdə tək başınıza irəliləyə, istəsəniz də dostunuzla Co-Op rejimində oynaya bilərsiniz. Oyun Leon, Chris, Jack və Ada kimi fərqli şəkildə hekayələr ilə oynananılır. Bundan başqa oyunda fərqli modlar ilə Multiplayer oynaya bilərsiniz(orginal oyunu satın alsanız). Agent Hunt – Mercenaries kimi modları var. Bu modları açıqlamaq lazım gələrsə, Agent Hunt`da birinin oyununa zombi olaraq qatılıb oyunçu öldürməyə çalışırsınız. Mercenaries`də isə müəyyən bir zaman kəsiyində öldürə biləcəyiniz qədər zombi öldürməlisiniz. Bunları bir kənara qoyub tək nəfərlik oyunu düşündüyümüz zaman bizi çox hərəkətli bir oyun gözləyir. Gözlənməyən zombi hücumları, böyük partlayışlar, avtomobil səhnələri kimi bir çox səhnə var. Hücumlar səngidiyi zaman ehtiyacımız olan obyekti və ya materialları axtarmaq, bizi bir az olsun köhnə RE atmosferinə aparır. Əlbəttə bu çox da uzun çəkmir.

Qrafik və səs olaraq oyun uğurlu sayıla bilər. Personaj səsləndirmələri peşakarca aparılıb və sizi hekayəyə çəkir. Eyni şeyi musiqilər üçün də deyə bilərik. Qrafik konsollardan fərqli olaraq PC üçün daha yaxşı görünür. Ancaq bu zövqümüzü kamera baxış bucaqları bərbad edə bilir. Bəzən nə etdiyimizi, harada nəyin olduğunu, məxluqları görə bilmirik. Bu da təbii ki, bizi talehsiz ölümlərə aparır.


Sistem Tələbləri:

- ƏMƏLİYYAT SİSTEMİ: Windows XP / Vista / Windows 7 / Windows 8 
- PROSESSOR: Intel® CoreTM2 Duo 2.4 Ghz / AMD AthlonTM X2 2.8 Ghz
- RAM: 2 GB
- VİDEO KART: NVIDIA® GeForce® 8800GTS
- HARD DİSK: 6 GB
- DirectX: 9.0c



Oyunun Həcmi: 5.2 GB



Oyundan Görüntülər:
Qorxu Oyunları

Resident Evil 6 Full


Tanıtım Videosu: 



YÜKLƏMƏ LİNKİ: YÜKLƏ

YÜKLƏMƏ LİNKİ [TORRENT]: YÜKLƏ

0 Response to " Resident Evil 6 Yukle "

Müharibə

Maşın

Strategiya