0

TerraTech Yukle



TerraTech Full Yüklə 

Oyun hələ early access (erkən giriş) mərhələsindədir. Oyunda bütün vasitələr: texnikalar, maşınlar  ziyan aldıqca üzərindəki blokları itirməyə başlayır və ətrafa saçılan parçaları öz vasitəmizə əlavə edə bilirsiniz. Bu şəkildə hissələri genişləndirməyə və möhkəmləndirməyə davam edərkən digər tərəfdən də yeni vasitələr və baza inşa edib məskunlaşmanız lazımdır. AI Module bloku, əlavə vasitəyə ya da məskun quruluşa kompüter nəzarəti əlavə edir. Bu sayədə siz texnikada deyilkən texnikanız avtomatik material toplamağa gedə bilir ya da təqib etməsini ayarladığınızda döyüşlərdə sizə dəstək olmağa gələ bilir. Bu modulu məskunlaşma quruluşuna əlavə etdikdə bina üzərindəki silahlar yaxınlaşan düşmənlərə hücum edir. 

Oyunda ara ara meydana çıxan sarı hədəf göstəriciləri sizi daha əvvəl heç qarşılaşmadığınız bloklara yönləndirərkən indiki versiyada olan işğal etmə xüsusiyyəti sayəsində 60 saniyəlik geri saymanın ardından təsadüfən seçilən bir boss'un meydana gəlib sizi hədəf almasına səbəb olur. (Bu 60 saniyəlik geri sayma bəzən yarım saatda bir bəzənsə 3-5 dəqiqədə bir başlaya bilir.) Boss, qırmızı hədəf göstəricisi ilə ekranınızda və radarınızda siz onu yox edənə qədər dayanır. Hətta çox vaxt sizə gəlməyə çalışarkən ağaclara və mədənlərə ilişib qala bilir. Bu da sizə boss ilə sonradan üzləşmə imkanı təmin etmiş olur. Oyun dünyasındakı düşmənlərin nə qədər inkişaf etmiş olacağı istifadə etdiyiniz texnikaya görə şəkillənir. Buna görə böyük vasitələr istifadə etmək yerinə, bolca material yığıb məskunlaşma binalarınızı gücləndirməniz sizə daha uzun bir oyun müddəti təmin edəcək.
Oyun üzərindən twitter hesabınızla əlaqə quraraq meydana gətirdiyiniz texnika, maşın dizaynlarını, ekran görüntülərini və düşüncələrinizi paylaşmanız mümkündür. Eyni şəkildə oyun, digər oyunçuların dizaynlarını da twitter vasitəsilə tapıb sizə kataloq olaraq təqdim edə bilir. Bəyəndiyiniz dizaynları seçib oyun içərisində işlədə bilərsiniz.




Sistem tələbləri: 

- ƏMƏLİYYAT SİSTEMİWindows 7 / Windows 8 Windows 10

-  RAM: 4 GB RAM
-  VİDEOKARTnVidia GeForce 520M / Intel HD 4000
-  PROSESSOR Intel Core2 Duo T7600 @ 2.33GHz / AMD Athlon 64 FX-60 Dual Core 
-  HARD DİSK: 1 GB Hard Disk
 - DirectX: 9.0



Oyunun Adı:
 TerraTech 
Oyunun Həcmi: 200 MB




Oyundan Görüntülər:



Tanıtım Videosu:


YÜKLƏMƏ LİNKİ: YÜKLƏ
Pulsuz Oyun Yukle
reklam728