Maşın Oyunları Yükle


Masin Oyunlari Yukle 
Sizlər Üçün Seçdiyimiz 
Ən Yaxşı 10 Maşın Oyunu və Yükləmə Linkləri

Heç kimin həyatını təhlükəyə atmadan, rahatlıqla qaza basıb sürət həddini aşa biləcəyiniz ən etibarlı yer əlbəttə virtual həyatdır. Ən üstün cəhətlərindən biri isə bu həzzi yaşamaq üçün bir yarış maşınına ehtiyacınız olmamasıdır. Kompüter və ya oyun konsolu olan bir otaq sizə bəs edər! İstər nəqliyyat yolunda, istərsə də bir yarış cığırında! Bu oyunlar sizə əsl sürət həzzini yaşadacaq. Bu həzzi yaşamaq üçün sizdən nə pul, nə də sürücülük vəsiqəsi tələb edilmir, aşağıda sizlər üçün seçdiyimiz ən yaxşı maşın oyunlarından birini yükləməniz kifayətdir. 


10. The Crew 
Son dövrlərdə oyun dünyasında adəd halına gələn, oyunların tamamlanmadan və yaxşıca test edilmədən bazara çıxmasından əziyyət çəkən The Crew, böyük gözləntilər olmasına qarşılıq oyunçulara əslində xəyal qırıqlığı yaşatmışdı. Oyun ilk qiymətləndirmələrin ardından pis olmasa da dövrünün gerisində qalan qrafikləri və orta süni zəkası üzündən olduqca çox tənqid edilmişdi. Ancaq bütün bunlara baxmayaraq 2014`ci ildə bazara çıxan The Crew, vərdiş etdiyiniz oyunlardan dəfələrlə daha böyük olan dünyası və inanılmaz miqdardakı yarış məzmunuyla indiki vaxtda tapa biləcəyiniz ən maraqlı və sizi uzun müddət əyləndirəcək yarış oyunlarından biridir. Metacritic balı 71`dir. 

Masin Oyunlari

9. Need for Speed: Rivals
Ghost Games və Criterion Games tərəfindən hazırlanan və Electronic Arts tərəfindən 2013-cü ilin 15 noyabrında satışa çıxarılan vide oyundur. Oyun Redview County adlı bölgədə keçir. Oyuncular istərsə yarışçı, istərsə də polis ola bilirlər. Həm aksiyon həm də sürət həzzi yaşamaq istəyrisinizsə bu oyun sizə görədir. Oyunun metacritic balı 76`dır. 
Yükləmə səhifəsinə getmək üçün kliklə

Masin Oyunlari


8. Need For Speed: Most Wanted 
Yarış oyunları arasında ayrı bir yeri olan NFS seriyalarının 2012-ci ildə yayımlanan yeni Most Wanted oyunudur. Oyun küçə yarışlarına marağı olanların bütün fantaziyalarını reallaşdıra biləcəyi bir dünya təqdim edir. Oyuna Metacritic tərəfindən verilən bal 84`dür.
Yükləmə səhifəsinə getmək üçün kliklə

Masin Oyunlari


7. Dirt Rally
Bəlkə də 1998-ci ildə çıxan Colin McRae Rally'den sonra hazırlanmış ən yaxşı ralli oyunu olaraq göstərilə bilər. 2015-ci ilin dekabrında bazara çıxan Dirt Rally göz alıcı işıqlandırma effektləri, möhtəşəm hava vəziyyəti mühərriki və sizi heyran qoyacaq qədər yaxşı olan oynanışıyla yalnız son dövrün deyil, bütün zamanların ən yaxşı yarış oyunlarından biridir. Dirt Rally möhtəşəm mənzərələr və istədiyiniz mürəkkəblik dərəcəsinə nizamlaya biləcəyiniz co-pilotunuzla özünüzü sanki həqiqətən bir rallidəymiş kimi hiss edəcəyinizin zəmanətini verir. Oyunun metacritic balı 86`dır. 
Yükləmə səhifəsinə getmək üçün kliklə

Masin Oyunlari

6. Project Cars
Kompüterinizin qrafik kartının sərhədlərini aşa biləcək (sistem tələblərinə baxmadan yükləməyin) qədər güclü bir yarış oyunu axtarırsınızsa Project Cars tam sizə görədir. Baxdığınızda oyun yoxsa real maşın olduğuna qərar verə bilməyəcəyiniz bu möhtəşəm yarış oyunu işıqlandırma, kölgə effektləri və möhtəşəm hava vəziyyəti mühərrikiylə sizə həqiqətən nəfəs kəsən bir yarış təcrübəsi yaşadacaq. Bu oyunda istər 1970-ci illərdən bir F1 maşını istəsəniz də müasir Le Mans yarışlarından bir avtomobili seçə bilərsiniz. Project Cars'ın tək zəif nöqtəsi olaraq isə süni zəka və çətinlik dərəcəsinə öyrəşmənin bir qədər uzun çəkdiyi göstərilə bilər. Oyunun metacritic balı 83`dür
Yükləmə səhifəsinə getmək üçün kliklə

Masin Oyunlari

5. Grid 2
Oyun bazarında tapa biləcəyiniz daha həqiqi yarış oyunları olsa da Grid 2 möhtəşəm şəkildə balanslaşdırılmış oynanışı sayəsində həm adi həm də daha təcrübəli oyunçuları bir araya gətirir. Olduqca geniş bir lisenziyalı avtomobil və yarış pisti rəngarəngliyinə sahib olan oyun, sizə qətiliklə yaxşı vaxt keçirəcəyinizi vəd edir. Grid 2-nin tək oyunçu rejimindəki hekayəsi sıradan və öyrəşilmiş olsa da bu, oyunun güclü oynanışını və möhtəşəm qrafikasını kölgəyə salmağa çatmır. Oyunun metacritic balı isə 80`dir
Yükləmə səhifəsinə getmək üçün kliklə

Masin Oyunlari

4. F1 2016
2016-ci ilin iyul ayında yayımlanan oyun bir əvvəlki mövsümün bütün pilotları, komandaları və pistlərini ehtiva edir. Seriyanın daha əvvəlki oyunlarından Pro-season moduyla ayrılan F1 2016, bu mod sayəsində daha kompleks və həqiqi bir oyun təcrübəsi təqdim edir. Oyunun PS4 və Xbox One konsol versiyalarında olan səs dəstəyi sayəsində oyunçular pitstop'larda sanki həqiqətən oradalarmış kimi komanda mühəndisləriylə səsli əlaqə qura bilərlər. Oyunun 2015-ci ildə çıxan seriyasında olduqca tənqid edilən süni zəka problemi ilə bu versiyada qarşılaşmırıq. Xüsusilə həm oyun həm də bir Formula 1 həvəskarıysanız bu oyun tam sizin üçündür. Oyunun metacritic balının 86 olduğunu da qeyd edək.

Masin Oyunlari

3. Gran Turismo 6
Ardıcıllığın 6cı oyunudur. Oyun Polyphony Digital tərəfindən işlənib hazırlanmışdır və Sony Computer Entertainment tərəfindən yayımlanmış olub PlayStation 3 üçün 6 dekabr 2013 tarixində bütün dünyada satışa çıxarılmışdır. Avtomobil müxtəlifliyi, həqiqiliyi, möhtəşəm qrafikləri, müdhiş oyun quruluşuyla son illərin deyil bəlkə də bütün zamanların ən yaxşı avtomobil yarışı oyunlarından biri olaraq göstərilə biləcək bir oyundur. Oyunun tək mənfi cəhəti, yalnız PS üçün çıxmasıdır (buna əslində mənfi cəhətdə demək olmaz). Oyunun metacritic balı 81`dir.

Masin Oyunlari


2. Assetto Corsa
Oyunun adı ilk dəfədə Opel Corsa'yı xatırlatsada əslində məzmun bundan çox uzaqdır. İlk dəfə komputerdə 2013-ci ildə erkən istifadəyə açılan Assetto Corsa, 2014-ci ilin sonunda tamamlandığından bəri edilmiş ən yaxşı avtomobil yarışı oyunlarından biri halına gəldi. Bu an bazardakı ən həqiqi yarış simulatoru olan Assetto Corsa, rəsmi lisenziyalı avtomobillərdə və yarış pistlərində lazer oxuma texnologiyası istifadə edilməsi və virtual mühitə köçürülməsi sayəsində bunu bacarır. Bəyəndiyiniz avtomobillərin üzərində istədiyiniz modifikasiya və dəyişiklikləri edə bilmənizə imkan verən oyun sizə həm həqiqi, həm də əyləncəli bir təcrübə təqdim edir. Oyunun metacritic balı 85`dir.
Yükləmə səhifəsinə getmək üçün kliklə

Masin Oyunlari

1. Forza Motorsport 6
Turn 10 Studios firması tərəfindən təkmilləşdirilib Microsoft Studios tərəfindən 2015-ci il 17 sentyabrda yayımlanan oyun seriyanın indiyə qədərki müzakirəsiz ən yaxşı oyunu olaraq bütün qiymətləndirmə təşkilatları və oyun sevərlər tərəfindən qəbul edilmişdir. İçində FIA WEC, WTCC, BTCC, V8 Supercars, F1 və Formula E seriyalarının ən məşhur və seçmə avtomobillərinin, yarış maşınlarının iştirak etdiyi Forza Motorsports 6, oyunçulara 450-dən çox maşın, aralarında Monza, Daytona Speedway və Lime Rock Park kimi məşhur adların da olduğu 26 ' dan çox pistdə sürmə imkanı təqdim edir. Siz də gerçək həyatda xəyalini qurduğunuz avtomobilləri ola biləcək ən həqiqi və qane edici şəkildə sürmək istəyirsinizsə hələki FM6'dan daha yaxşısını tapa bilməzsiniz. Forza Motorsports'un tək bir mənfisi var ki, oyun yalnız Xbox One üçün çıxıb. Ancaq bu, oyunun günümüzdəki açıq fərq ilə ən yaxşı avtomobil yarışı oyunu olduğu gerçəyini kölgədə saxlamağa çatmır. Bu arada oyunun metacritic balı 87`dir. 

Masin Oyunlari

0 Response to " Maşın Oyunları Yükle "

Müharibə

Maşın

Strategiya