0

Crack Nədir, Necə Edilir?

CRACK NƏDİR?


Crack dediyimiz şey orjinal olmayan, oyun, proqram və başqa tətbiqləri orjinal etməmizə yarayan pirat fayllardır.


CRACK NECƏ EDİLİR?


Əvvəlcə yükləmiş olduğunuz oyunu qurmaq lazımdır. Yüklədiyiniz oyun .iso uzantılıdırsa həmin oyunu bildiyiniz kimi Deamon Tools proqramıyla açırıq. Oyunu CD diski kimi açdığınız zaman həmin crack faylları orda olacaqdır. Oyunu sıxışdırılmış rar faylı kimi yüklədiysəniz həmin crack fayllar elə bu rar qovluğun içində olacaqdır. Crack faylları adətən "Crack",  "SKIDROW" adlı qovluqlarda olur. İndi isə crack edilmə qaydasına keçək, daha aydın olsun deyə şəkilli izzah verəcəm. Mənim komputerim İngilis dilində olduğundan şəkillərin üst qismində öz dilimzdə qarşılığını yazacam.

1. İlk öncə oyunun olduğu yeri açırıq. Bunun üçün oyunun simgəsinin üstündə sağ tıklayıb "Xüsusiyyətlər" ardınca "Faylın olduğu yeri aç" deyirik.


Açılan bu pəncərəni bağlamayın, Crack fayllarını məhz bura köçürəcəyik.


2. Yüklədiyimiz oyunun olduğu rar qovluğunu açırıq. Crack faylı həmin rar qovluqdadır. 


Burda 1 crack faylı var, sizin yüklədiyiniz oyunda 1-dən artıq crack faylı ola bilər. Crack qovluğunun içindəki bütün fayllara eyni prosesi tətbiq etmək lazımdır. 


3. Crack faylını oyunun olduğu yerə atırıq. Qarşımız belə bir xəbərdarlıq çıxacaq. "Köçür və Dəyişdir" deyirik. Beləcə Crack etmə prosesi tamamlanmış olur. Yaxşı oyunlar :)