Syberia 3 Yüklə


Syberia 3 Full Yüklə

Syberia 3, 2000`li illərdə yayımlanan ilk Syberia oyununun və Syberia 2 oyununun hekayəsini davam etdirən point&click növündə bir macəra oyunudur. Microids firması tərəfindən təkmilləşdirilən və Benedikt Sokal tərəfindən yazılan bir hekayəyə malik olan Syberia seriyasına başlayarkən Kate Walker adlı qəhrəmanlarımızla tanış olmuşduq. Bir vəkillik agentliyinə bağlı olaraq işləyən Kate Walker`a artıq istehsalı dayandırmış bir zavodun təhvil işləri tapşırılmışdı. Kate bu zavodun təhvil prosedurlarının tamamlanması üçün zavodun rəsmi varisi Hans Voralberg ilə ünsiyyətə keçməyə məcbur idi. Lakin bu dəli ixtiraçı qəribə bir şəkildə qeyb olmuşdu. Hans Voralbergin izini axtarmağa başlayan Kate Walker təsirli bir ailə hekayəsi və Hans Voralberg`in kəşf etdiyi sirli aləmlə tanış olmuş, bu hadisələrdən sonra həyatı tamamilə dəyişmişdi. Kate, Hans Voralberg`in arxasınca dünyanın o biri ucu olan buzlaqlarla örtülü Syberia`ya səfər etmişdi. Syberia 3 də hekayənin Syberia`da qalan hissəsindən davam edir. Oyuna başlayarkən Kate bir ölüm qalım mübarizəsi verir. Biz də qəhrəmanımızın həyatda qalmasına və macərasına davam etməsinə yardımçı oluruq.

Syberia 3`ün seriyanın əvvəlki oyunlarından tamamilə fərqli bir hekayəyə sahib olduğu açıqlanır. Yeni oyunda tam 3 ölçülü quruluşa keçid edilir, buna bağlı olaraq da oyundakı tapmacalar 3 ölçülü olaraq hazırlanıb. Syberia 3`ün vizual təkmilləşmələriylə yanaşı musiqilərinin üzərində də diqqətlə işlənilib. Daha əvvəldən Fallout, Dragon Age və Prince of Persia kimi oyunlar üçün də musiqi hazırlayan Inon Zur, Syberia 3`ün musiqilərinə də imzasını atıb.

Syberia 3, klassik macəra oyunu seriyasının əvvəlki oyunlarını oynayıb və macəranın yeni hissəsini yaşamaq istəyirsinizsə qaçırmamalı olduğunuz bir oyundur. Əgər Syberia seriyası ilə daha əvvəldən tanış deyilsinizsə seriyanın əvvəlki oyunlarını da oynamağınızı tövsiyə edirik.

Sistem Tələbləri:

- ƏMƏLİYYAT SİSTEMİ: Windows 7 / Windows 8 / Windows 10  (64-bit)
- PROSESSOR: Intel Core i3
- RAM: 4 GB
- VİDEO KART: AMD R7 260X / Nvidia GTX 550 Ti 2GB
- HARD DİSK: 20 GB
- DirectX: 11



Oyunun Həcmi: 16.7 GB



Oyundan Görüntülər:



Oynanış Videosu: 




YÜKLƏMƏ LİNKİ [TORRENT]: YÜKLƏ

0 Response to " Syberia 3 Yüklə "

Müharibə

Maşın

Strategiya